PDF Oxu

Siyasət

  • 6

Roland Kobia: "Münasibətlər sərtləşsə, böyük fəsadlar meydana çıxacaq"

Roland Kobia: "Münasibətlər sərtləşsə, böyük fəsadlar meydana çıxacaq"

"Biz Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu gün "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Avropa İttifaqı bu məsələnin həll olunması prosesinə dəvət olunmayıb: "Lakin biz bu məsələnin həlli üçün təkliflər irəli sürə bilərik. Avropa Birliyi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin daha da pisləşməsinə qarşıdır. Əgər münasibətlər sərtləşsə, böyük fəsadlar meydana çıxacaq. İnanıram ki, Minsk qrupu ən çətin məqamlarda belə məsələnin həll olunması üçün əlindən gələni edir".

sia.az

Digər xəbərlər