ABŞ Konqresinin Kentukki ştatından olan üzvü Ed Vitfild Azərbaycanın Respublika Gününün 95-ci ildönümü münasibətilə bəyanatla çıxış etmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, konqresmen bəyanatda Azərbaycanın İraqda və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd etmişdir. O, Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində 12 beynəlxalq konvensiyaya qoşulduğunu və bu sahədə regional sazişlər, NATO və ATƏT kimi beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq etdiyini bildirmişdir.
Eyni zamanda, konqresmen E.Vitfild Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini də vurğulamışdır.
AzərTAc