İyunun 7-də "Hyatt Regency" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin birgə təşkilatçılığı ilə "Aİ-Azərbaycan: təhlükəsizlik və inteqrasiya" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.
Tədbiri giriş nitqi ilə SAM-ın direktoru Fərhad Məmmədov və Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens açmışlar.
İki paneldən ibarət olacaq tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, "Şərq Tərəfdaşlığı" üzrə səfir Vaidatos Verba, Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru, səfir Mətyu Brayzə, Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Viktors Makarovs, Avropa Siyasi Mərkəzinin siyasət üzrə eksperti Amanda Paul, SAM-ın direktor müavini Gülşən Paşayeva və digərləri məruzələrlə çıxış edəcəklər.
AzərTAc