PDF Oxu

Siyasət

  • 22

Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

İyunun 13-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təkilatçılığı ilə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək.

Belçikanın Lommel və Niderlandın Bergeijk şəhərlərindən biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mühəndislik, boruların qorunması üçün məhsulların istehsalı, optik-mexatronik sistemləri və mexaniki modulların istehsalı, innovativ quşçuluq təsərrüfatları, günəş enerji panelləri üçün şüşə istehsalı, küləkdən, biokütlə və bioqazdan enerji istehsalı, suyun təmizlənməsi və digər sektorları təmsil edən holland və belçikalı sahibkarlar iştirak edəcək.

yap.org.az

Digər xəbərlər