PDF Oxu

Siyasət

  • 6

Roland Kobia: Avropa İttifaqı ərazi bütövlüyü prinsipini dəstəkləyir

Roland Kobia: Avropa İttifaqı ərazi bütövlüyü prinsipini dəstəkləyir

"Avropa İttifaqı ərazi bütövlüyü prinsipini dəstəkləyir. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur və əgər danışıqlar aparılırsa, onda digər prinsiplər də nəzərə alınmalıdır". Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda Strateji Araşdırmalar Mərkəzinin və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda konfransda deyib.

R.Kobia bildirib ki, problemin həlli istiqamətində gedən müzakirələr daha açıq və şəffaf şəkildə aparılmalıdır. Onun sözlərinə görə, formatla bağlı Azərbaycan və Ermənistan qərar verir.

"Azərbaycanın əraziləri işğal edilib. BMT-nin qətnamələri həyata keçirilməlidir. Münaqişənin həlli üçün Minsk Qrupu hazırda yeganə formatdır. Azərbaycanda bəzi insanlar düşünürlər ki, bu kifayət deyil. Lakin mövcud formatın saxlanıldığı təqdirdə belə o, effektiv edilə bilər, vasitəçilik dəyişdirilə bilər, tərəflər öz siyasi iradələrini fərqli şəkildə ifadə edə bilərlər. Ona görə də prosesin şəffaf olmasında fayda var"-deyə, R.Kobia qeyd edib.

sia.az

Digər xəbərlər