Belarusun xarici işlər naziri Vladimir Makey iyunun 9-10-da Azərbaycana rəsmi səfərə gələcəkdir.
AzərTAc xəbər verir ki, bu haqda jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat vermişdir.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq və regional məsələlər müzakirə ediləcəkdir.
Elman Abdullayev qeyd etmişdir ki, Belarus XİN rəhbərinin səfərinin məqsədi iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə keçiriləcək Azərbaycan-Belarus forumunda iştirak etməkdir.
AzərTAc