PDF Oxu

Siyasət

  • 10

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunmuşdur

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunmuşdur

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayev ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş nazir Artur Rasizadə məsul və şərəfli bir missiyaya başlaması münasibətilə A.Jumabayevi təbrik etmişdir. O, Azərbaycan ilə Qazaxıstan arasında mehriban dostluq və sıx əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, xalqlarımızın mənafeyi naminə bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd etmişdir.

Qazaxıstanlı diplomat səmimi görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlıq etmiş və ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı üçün var qüvvəsi ilə çalışacağını bildirmişdir.

Görüşdə ikitərəfli münasibətlərə və digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər