Bakı Fond Birjasında (BFB) iyunun 28-də dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən SİA-ya verilən məlumata görə, istiqrazların ümumi həcmi 7 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, ödəmə tarixi 2016-cı il iyunun 24-dür.
sia.az