Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş 4-cü plenar iclasda iştirak etmək üçün bu gün Ankaraya yola düşür.
Nümayəndə heyəti təşkilatın plenar iclasında və sessiyalarda iştirak edəcəkdir. O.Əsədov qurumun plenar iclasında çıxış edərək təşkilatın bu günü və gələcək fəaliyyət istiqamətləri barəsində öz fikirlərini açıqlayacaqdır.
Milli Məclisin sədri tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində TürkPA-ya üzv dövlətlərin parlamentlərinin aparat rəhbərlərinin görüşü də planlaşdırılmışdır. Görüşdə təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Səfər iyunun 11-də başa çatacaqdır.
yap.org.az