PDF Oxu

Siyasət

  • 16

Azərbaycan qadınlarının IV qurultayı keçiriləcəkdir

Azərbaycan qadınlarının IV qurultayı keçiriləcəkdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyunun 14-də Heydər Əliyev Sarayında "İnkişaf naminə birlik" devizi altında Azərbaycan qadınlarının IV qurultayını keçirəcəkdir.

Qurultay qadınların iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində geniş şəkildə təmsil olunması, eyni zamanda, hüquq və gender bərabərliyinin təmin edilməsində onların rolunun gücləndirilməsi məqsədilə təşkil olunur.

Komitədən bildirmişlər ki, qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2 minədək nümayəndə iştirak edəcəkdir.

Qurultayqabağı ölkənin bütün şəhər və rayonlarında qadın konfransları keçirilərək nümayəndələr seçilmişdir.

Tədbirdə işçi orqanlarının tərkibinə, katiblik, mandat və redaksiya komissiyasına üzvlər seçiləcəkdir.

Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət olunacaqdır.

Sonda qurultayın qətnaməsi qəbul ediləcəkdir.

yap.org.az

Digər xəbərlər