İyunun 11-də Bakıda Milli Məclisin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə "Uşaqların rifahı – cəmiyyətin rifahının göstəricisidir" mövzusunda konfrans keçiriləcəkdir.
Tədbir Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində həyata keçirilir.
Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri, AŞPA sədrinin müavini Səməd Seyidov, qurumun sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü Sevinc Fətəliyeva çıxış edəcəklər.
Konfrans çərçivəsində AŞPA-nın xüsusi Alt komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, onlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçiriləcəkdir.
Tədbirin yekununda "Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası" kitabının təqdimatı olacaqdır.
yap.org.az