PDF Oxu

Siyasət

  • 17

Qazaxıstan azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyirlər

Qazaxıstan azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyirlər

"Qazaxıstan Azərbaycanlıları Assosiasiyası" İctimai Birliyinin Almatıda keçirilən iclasında bu ilin oktyabrında Azərbaycanda keçiriləcək Prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət qəbul edilmişdir.

Müraciətdə deyilir: Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 2003-2013-cü illərdə ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilmiş, ölkəmiz daha da güclənmiş, daxili və xarici siyasətdə böyük uğurlar əldə olunmuş, Azərbaycan dünya birliyi arasında öz layiqli yerini tutmuşdur. Eləcə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

Müraciətdə daha sonra bildirilir ki, repressiya illərində Orta Asiya və Qazaxıstana sürgün edilmiş soydaşlarımız və onların indiki nəslinin nümayəndələri daim Azərbaycanla nəfəs almış, ölkəmizin uğuruna sevinmiş, qəminə kədərlənmişlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı prezident seçkilərində Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevə səs verməklə Azərbaycanın daha da güclənməsini, iqtisadi qüdrətinin artırılmasını dəstəkləmiş olacaq. İnanırıq ki, Azərbaycanın işğal olunmuş torpaqları məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində azad ediləcək, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar.

AzərTAc

Digər xəbərlər