PDF Oxu

Siyasət

  • 12

TürkPA-ya sədrlik Qırğızıstandan Türkiyəyə keçir

TürkPA-ya sədrlik Qırğızıstandan Türkiyəyə keçir

İyunun 10-da Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının IV iclası işə başlamışdır.

TürkPA-nın beynəlxalq katibliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamentinin sədri Nurlan Nigmatulin, Qırğızıstan Jokorgu Keneşinin sədri Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və TürkPA-nın baş katibi Ramil Həsənovun iştirak etdikləri iclasda bu quruma sədrlik rəsmi olaraq Qırğızıstandan Türkiyəyə keçəcəkdir.

Assambleya Şurasının iclasında TürkPA-nın IV plenar sessiyasının gündəliyi təsdiqlənəcək, Qırğızıstan tərəfinin sədrliyi dövründə fəaliyyətin nəticələrinə dair məlumat veriləcəkdir. Həmçinin baş katib tərəfindən ötən il görülmüş işlərə dair hesabat və 2014-cü il üçün hazırlanmış büdcə layihəsi təqdim olunacaq, TürkPA-nın yeni baş katibi və müavinlərinin namizədliyi təsdiq ediləcəkdir. Eləcə də IV plenar sessiyanın yekun sənədi olan Ankara Bəyannaməsi müzakirə olunacaq, TürkPA-nın V plenar sessiyasının keçirilmə yeri və tarixi müəyyənləşdiriləcəkdir.

Assambleya Şurasının iclası çərçivəsində üzv ölkə parlamentləri sədrlərinin və TürkPA baş katibinin Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşləri nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər