YAP-ın V qurultayında Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması gələcəkdə ölkəmizin və xalqımızın tərəqqi yolunu ehtiva edir
İyunun 7-də Bakıda, "Buta" sarayında Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının V qurultayının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəklədiyi partiya daim öz mövqeyində davamlı uğurlara imza atır. Söz yox ki, ətrafında 600 mindən çox üzvü birləşdirən YAP uğurlu fəaliyyəti istiqamətində dövlət-xalq vəhdətini ehtiva etməklə, bir daha öz gücünü və qüdrətini nümayiş etdirdi. Eyni zamanda vurğulamaq mümkündür ki, Yeni Azərbaycan Partiyasının V qurultayında bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin yekdilliklə irəli sürülməsi sarsılmaz birliyin ən bariz göstəricilərindən biri kimi dəyərləndirilməkdədir.
Dövlət başçısının YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolu barədə irəli sürdüyü fikirlərindən də belə qənaətə gəlməyə əsas yaranır ki, Yeni Azərbaycan Partiyası öz liderlik mövqeyini daim əldə saxlamaq gücündədir. Belə ki, qurultayın 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul etdiqi qərar da bu deyilənləri kifayət qədər təsdiq edir.
Xüsusilə vurğulamaq mümkündür ki, YAP-ın yeni seçilmiş Sədr müavinləri partiyanın inkişafında yeni müvəffəqiyyətlər əldə etməyə qadir şəxslərdirlər. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasına Sədr müavini seçilməsi bir daha sübut edir ki, Onun cəmiyyətdə, eləcə də beynəlxalq aləmdəki uğurlu fəaliyyəti partiyanın da tərəqqisində əhəmiyyətli rol oynayacaq. Həmçinin, qeyd etmək mümkündür ki, YAP-ın İcra katibi Əli Əhmədovun, Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, AMEA-nın prezidenti Akif Əlizadənin də YAP-ın Sədr müavinləri postuna layiq görülmələri Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində mühüm hadisə kimi qiymətləndirilməkdədir.
Beləliklə, bir daha vurğulamaq mümkündür ki, Yeni Azərbaycan Partiyasının V qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni və əhəmiyyətli hadisə kimi ölkə tarixində müstəsna yerini tutacaq. Nəticədə, Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olan YAP-ın qurultay zamanı qəbul etdiyi qərarlar, nəinki partiya üzvləri, eyni zamanda, bütün ictimaiyyət tərəfindən dəstəklənməkdədir.
Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri: "YAP-ın V qurultayı şərəfli missiyanı həyata keçirdi"
- YAP-ın V qurultayı böyük ruh yüksəkliyi və uğurla keçirildi. Azərbaycan Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyevin 2013-ci il oktyabrda keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə qurultay iştirakçıları yekdilliklə səs verdilər. Ümumiyyətlə, YAP-ın qurultayında qəbul olunan bu əhəmiyyətli qərar Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsini, nəinki istəyir, hətta mən deyərdim ki, tələb edir. Bu şərəfli missiyanı YAP-ın V qurultayı yerinə yetirdi. Təbii ki, qurultayın əsas diqqəti cəlb edən məsələsi Prezident İlham Əliyevin geniş, dərin məzmunlu, proqram xarakterli nitqi idi. Partiyamızın Sədrinin nitqi bir neçə istiqamətdə məsələləri özündə əks etdirirdi. Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində yeri və rolu, partiyanın keçdiyi yol, cəmiyyətimizdə tutduğu mövqe, YAP-ın bu gün inkişaf edərək Ulu Öndər Heydər Əliyev ideyalarının daha yüksək səviyyəyə çatdırılması bu çıxışda öz əksini tapırdı.
Mən burada YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasına Sədr müavini seçilməsini xüsusilə vurğulamaq istərdim. Bu əlamətdar hadisə belə nəticəyə gəlməyə imkan yaradır ki, Mehriban xanım Əliyevanın çoxşaxəli və uğurlu fəaliyyəti partiyamızın da inkişafında əhəmiyyətli rol oynayacaq. Bu gün Azərbaycanın dünyada tanıdılması istiqamətində Onun gördüyü nəhəng işlər bu fəaliyyətin tərkib hissəsi kimi YAP-ın qüdrətini daha da artıracaq. Mən Mehriban xanımı, eləcə də digər seçilmiş Sədr müavinlərini V qurultayın uğurla keçirilməsi münasibəti ilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm.
Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri: "Prezident İlham Əliyevin bu il keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi əlbəttə ki, Azərbaycanın davamlı inkişafını və tərəqqisini daha da sürətləndirəcək"
- YAP-ın V qurultayında Prezidentimiz öz çıxışında bildirdi ki, Azərbaycanın bu gün dövlət olaraq söykəndiyi ideoloji prinsiplərin üzərində dayandı və göstərdi ki, azərbaycançılıq, dövlətçilik, müstəqillik Azərbaycan xalqının istək və arzularını ifadə edən ideoloji dəyərlərdir. Dövlət başçının çıxışında daha bir məqamı xüsusilə qeyd etmək istərdim ki, bu, Azərbaycanın hazırda dövlət olaraq həyata keçirdiyi tədbirlərin sistemli şəkildə ictimaiyyətə çatdırılmasıdır. Partiyamızın Sədri, Cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz sivil münasibətlər tərəfdarıyıq. O, misal çəkərək bildirdi ki, YAP müxalifət partiyası kimi yaranmışdı, lakin heç vaxt milli maraqlara, dövlətçiliyə zidd hərəkət etməyib. Bu gün belə bir uğurlu fəaliyyət iqtidar partiyası kimi YAP-ın demokratikliyini bir daha sübut edir. Prezident İlham Əliyevin bu il keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi isə, əlbəttə ki, Azərbaycanın davamlı inkişafını, tərəqqisini daha da sürətləndirəcək.
Təbii ki, mən də Yeni Azərbaycan Partiyasının yeni seçilmiş Sədr müavinlərini, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanı təbrik edir, Ona uğurlu fəaliyyətində uğurlar arzu edirəm. Çünki onların hər biri partiyamızın, ölkəmizin, xalqımızın inkişafı istiqamətində müvəffəqiyyətlərə imza ata biləcək şəxslərdirlər.
Həmid Pənahov, YAP Qazax rayon təşkilatının sədri: "Bu, Azərbaycanın müasir tarixində mühüm hadisədir"
- YAP-ın V qurultayı tarixi qərar qəbul etdi və növbəti dəfə partiyamızın tarixinin şanlı səhifələrindən birini yazdı. V qurultayın bu qərarı partiyanın 600 mindən çox üzvü, cəmiyyət, bütün dünya azərbaycanlıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Biz Sədrimizin seçkilərdə qələbəsini təmin etmək üçün bütün potensialımızdan istifadə edəcəyik. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qələbə qazanacağına heç bir şübhə yoxdur. YAP-ın V qurultayı özünün ən böyük siyasi qərarını qəbul etdi. Azərbaycan Prezidenti, YAP-ın Sədri, Heydər Əliyev siyasi xəttini dönmədən, ardıcıl şəkildə yerinə yetirən İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü. Bu, Azərbaycanın müasir tarixində mühüm hadisədir. Yəni, YAP-ın V qurultayının bu qərarı tarixi qərardır, çünki Prezident İlham Əliyev təkcə YAP-ın yox, bütövlükdə Azərbaycan xalqının namizədidir. Artıq Azərbaycan güclü bir dövlətdir. Dövlət başçısının qeyd etdiyi kimi, regionda Azərbaycanın razılığı və iştirakı olmadan heç bir layihə həyata keçirmək mümkün deyil. Bu fakt, bizim dövlətimizin nüfuzunu, qüdrətini təsdiq edən ən böyük amillərdən biridir. Eyni zamanda, dövlətimiz iqtisadi cəhətdən mühüm inkişaf mərhələsinə qədəm qoyub. Biz Prezidentimizin qurultaydakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylə çalışacağıq. Partiyamız seçkilərə rəsmi start verilən vaxtdan yox, xeyli öncədən hazırlaşır. Yəni seçki işi ilə məşğul olmaq bizim gündəlik iş prinsiplərimizdən biridir. Partiyamız seçkilərə müasir seçki texnologiyaları ilə gedir. Onu da qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin xüsusi təbliğata ehtiyacı yoxdur. Çünki İlham Əliyev şəxsiyyəti Azərbaycan cəmiyyətinə daha doğmadır və xalq tərəfindən tam dəstəklənir.
Təbii ki, qurultayda digər əhəmiyyətli qərarların da qəbul olunması təşkilatın gələcək fəaliyyətinə stimul verəcək. Yeni Azərbaycan Partiyasının yeni seçilmiş Sədr müavinlərini, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Sədr müavini seçilməsi bu uğurların, bu inkişafın yeni mərhələsi kimi dəyərləndirilməkdədir. Mən bütün YAP üzvlərini V qurultayın keçirilməsi münasibəti ilə təbrik edirəm.
Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri: "Biz qurultayın qərarını böyük sevinclə qarşılayır və qurultay zamanı
Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq"
- Ölkəmizin ən güclü, qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının V qurultayı müasir tariximizdə mühüm yer tutur. Əlbəttə, təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvə olan bir partiyanın ictimai-siyasi proseslərə təsiri olduqca güclüdür. Bu baxımdan, YAP-ın V qurultayı və qurultayın qəbul etdiyi qərar uzun müddət ictimai müzakirələrin mövzusu olacaq. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi sosial sifarişdir və bu qərar Azərbaycan cəmiyyətinin siyasi iradəsini ifadə edir. Biz V qurultayın qərarını böyük sevinclə qarşılayır və qurultay zamanı Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq. Bilirsiniz ki, Azərbaycanda keçirilən seçkilərin demokratikliyinə kölgə salmağa cəhd göstərən qüvvələr var. Biz bu qüvvələrə intellektual potensialımız, siyasi iradəmız və möhkəm əqidəmizlə cavab verəcəyik.
Mən həm qurultay iştirakçılarını, həm də bütün yeni azərbaycançıları, Azərbaycan xalqını V qurultayın keçirilməsi münasibəti ilə təbrik edirəm. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yeni seçilmiş Sədr müavinlərini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya gələcək siyasi-ictimai fəaliyyətində yeni-yeni möhtəşəm uğurlar qazanmasını arzu edirəm.
Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri: " Xalq bu qərarı çoxdan gözləyirdi"
- İyunun 7-də YAP-ın V qurultayı keçirildi və qurultayda partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Çünki partiyamızın V qurultayı çox əlamətdar dövrə təsadüf edir. Bu baxımdan, prezident seçkiləri ərəfəsində keçirilən qurultay tarixi missiyanı yerinə yetirdi. Proqram xarakterli çıxış edən Prezident İlham Əliyev görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrdən də ətraflı bəhs etdi. Bizim əsas vəzifəmiz ölkə Prezidentinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməkdir. Qurultay iştirakçıları bu haqda qərara yekdilliklə səs verdilər. Eyni zamanda bu qərar bütövlükdə Azərbaycan cəmiyyətində böyük əks-səda doğurdu. Xalq bu qərarı çoxdan gözləyirdi. Son illərdə ölkəmizin inkişafı istiqamətində həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasəti həyata keçirən Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanacağı şübhəsizdir.
Qurultayda YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edildi, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi. YAP-ın V qurultayı, həmçinin, yeni qərarları ilə tarixi missiyaya imza atdı. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Sədr müavini seçilməsi yeni uğurların, növbəti inkişafın davamlılığı kimi qiymətləndirilməkdədir. Bütün Yeni Azərbaycan Partiyasının üzvləri adından bu münasibətilə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, işində uğurlar və can sağlığı arzulayıram.
Kamil Mirzəyev, YAP Biləsuvar rayon təşkilatının sədri: "YAP-ın indiyədək keçirilmiş digər dörd qurultayı ilə yanaşı V qurultayı da partiyanın tarixində əlamətdar hadisə kimi qalacaq"
- YAP-ın tarixində əlamətdar günlər çoxdur. Ulu Öndər Heydər Əliyevin və partiyanın adı ilə bağlı olan hər bir gün, tarix vətəndaşlar üçün doğmadır. İstər Milli Qurtuluş Günü, istər YAP-ın yarandığı gün hər zaman bütün xalqımız, YAP üzvləri və təəssübkeşləri tərəfindən ehtiramla qeyd olunur. Bu sırada YAP-ın indiyədək keçirilmiş digər dörd qurultayı ilə yanaşı V qurultayı da partiyanın tarixində əlamətdar hadisə kimi qalıb. Keçirilən qurultayda YAP-ın dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, milli maraq və mənafelərin qorunması, ölkənin hərtərəfli inkişafı naminə gördüyü böyük işlər müsbət dəyərləndirildi, qarşıda duran prioritet vəzifələr müəyyən edildi. Qurultayın ölkə Prezidenti İlham Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışını dinləyərək qəbul etdiyi qətnaməsində xüsusi vurğulandı ki, 1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən 22 il ərzində özünün Nizamnamə və Proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır. Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olmuşdur. Qurultay, həm bütün görülən işləri, həm də hakimiyyət orqanlarının, partiyanın bu işlərin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir.
Həmçinin, Yeni Azərbaycan Partiyasının yeni seçilmiş Sədr müavinlərini, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Sədr müavini seçilməsi bu uğurların, bu inkişafın yeni mərhələsi kimi dəyərləndirilməkdədir. Bütün YAP üzvlərini, xalqımızı V qurultayın keçirilməsi münasibəti ilə təbrik edirəm.
Ramiz Şabanov, YAP Tərtər rayon təşkilatının sədri: "Cənab İlham Əliyevin cəmiyyətdə alternativsiz lider kimi qəbul edilməsi bu seçkilərin nəticələrini əvvəlcədən məlum edir"
- YAP V qurutlayının qəbul etdiyi və partiyanın bütövlükdə fəaliyyətinə təsir göstərən tarixi qərarı - partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi və qəbul edilməsidir. Çünki Cənab İlham Əliyevin cəmiyyətdə alternativsiz lider kimi qəbul edilməsi bu seçkilərin nəticələrini əvvəlcədən məlum edir. Prezident ötən müddət ərzində üzərinə götürdüyü bütün səlahiyyətlərini həyata keçirdi, xalqa və dövlətə içdiyi sədaqət andını real və konkret uğurları ilə doğrultdu, dövlət idarəçiliyində peşəkar olduğunu sübut etdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan Prezidentinin son 10 ildəki müdrik və məqsədyönlü xarici siyasətinin ümumiləşdirilmiş qələbəsidir. Son on ildə davamlı artım tempi ilə yüksələn sosial-iqtisadi tərəqqi artıq dünyada "İnkişafın Azərbaycan modeli" kimi xarakterizə olunur. Ən mühümü isə, hər bir vətəndaşın dövlətinə, iqtidarına, Prezidentinə olan inamının, etimadının dinamik artması göstərdi ki, Cənab İlham Əliyev növbəti müddətdə də xalqın dəstəyini qazana bilmək iqtidarındadır. Bu gün Cənab İlham Əliyevin qarşıdakı prezident seçkilərində qələbəsi heç müzakirə mövzusu da deyil! Çünki aparılan sosioloji rəy sorğularına, xarici və yerli ekspertlərin müşahidə və təhlillərinə əsasən ölkə rəhbərinin böyük səs fərqi ilə yenidən prezident seçiləcəyinin indidən təkzibedilməz fakt olduğunu etiraf edirlər. Belə olan halda, bu gün Azərbaycanın siyasi səhnəsində hakim partiya olan YAP-ın çoxminli ordusunun növbəti prezident seçkilərində vahid namizədi, şübhəsiz ki, xalqımızın böyük inamını qazanmış Cənab İlham Əliyevdir. İnanırıq ki, biz partiya üzvləri qurultaydan sonrakı dövrdə də yenə əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı növbəti prezident seçkilərinə hazırlıq kampaniyasında daha yüksək fəallıq, birlik və həmrəylik nümunəsi göstərəcəyik.
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yeni seçilmiş Sədr müavinlərini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya gələcək siyasi-ictimai fəaliyyətində yeni-yeni, möhtəşəm uğurlar qazanmasını arzu edirəm.
Ramiz Tatarov, YAP Ağstafa rayon təşkilatının sədri: "Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularının ifadəsidir"
- Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP V qurultayı böyük ruh yüksəkliyi və inamla keçirildi. Qurultayda bütün iştirakçılar qarşıdan gələn prezident seçkilərində YAP Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs verdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularının ifadəsidir. Bu seçim Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətinin, Böyük Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamının təntənəsi oldu. Azərbaycan xalqı, o cümlədən bütün ağstafalılar qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcək. Ötən 10 ilə yaxın müddətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bunu qətiyyətlə, inamla və əminliklə söyləməyə əsas verir. Çünki bu müddətdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət hər bir sahədə tərəqqiyə, yüksəlişə yol açıb. İqtisadiyyatımız dəfələrlə inkişaf edib, insanların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib, Azərbaycan beynəlxalq birlikdə söz sahibinə, regionun lider dövlətinə çevrilib. Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan siyasi kursun alternativi yoxdur. Xalqımız əmindir ki, bu siyasətin İlham Əliyev tərəfindən davam etdirilməsi gələcək illərdə Azərbaycana daha böyük uğurlar gətirəcək. Qarşıdan gələn prezident seçkiləri bunu bir daha təsdiqləyəcəkdir.
Həmçinin, YAP-ın V qurultayı həm də yeni qərarları ilə tarixi missiyaya imza atdı. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Sədr müavini seçilməsi yeni uğurların, növbəti inkişafın davamlılığı kimi qiymətləndirilməkdədir. Bu münasibətilə partiya üzvləri adından Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, işində uğurlar və can sağlığı arzulayıram.
Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədri: "Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 10 illik fəaliyyəti zamanı Ulu ndərin siyasi strategiyasına sadiqliyini göstərdi"
- Qeyd edim ki, dünən keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni və əhəmiyyətli hadisə kimi ölkə tarixində müstəsna yerini tutacaq. Çünki Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olan YAP-ın qurultay zamanı qəbul etdiyi qərarlar, nəinki partiya üzvləri, eyni zamanda, bütün ictimaiyyət tərəfindən dəstəklənməkdədir.
Eyni zamanda bu hadisənin böyük əhəmiyyəti ötən 10 ildə keçdiyimiz yola yekun vuraraq, ölkə Prezidenti tərəfindən həyata keçirilmiş siyasi xəttin nəticələrini cəmiyyətə daha qabarıq şəkildə çatdırmaqdan və gələcək üçün siyasi xəttin düzgün seçimindən ibarətdir. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 10 illik fəaliyyəti zamanı Ulu Öndərin siyasi strategiyasına sadiqliyini göstərdi, Onu davam və inkişaf etdirdi. Azərbaycan bu illər ərzində uğurlu inkişaf yolu keçdi, siyasi və iqtisadi mövqelərini möhkəmləndirdi, bölgədə liderliyi öz əlinə aldı. Bu illər ərzində irimiqyaslı iqtisadi layihələr həyata keçirilmiş, demokratiya inkişaf etmiş, ölkənin beynəlxalq aləmdə nüfuzu artdı. Bütün Azərbaycan xalqının prezidenti olmaq vədinə əməl edərək, Prezident İlham Əliyev təkcə iqtisadi islahatlara üstünlük verməmiş, eyni zamanda, siyasi islahatları da uğurla həyata keçirmiş və demokratiyanın inkişafına nail olmuşdur. Hamımıza, bütün Azərbaycan xalqına məlum olan bu nəticələr onu deməyə imkan verir ki, Prezident İlham Əliyev xalqına, seçicilərinə verdiyi bütün vədlərə əməl etmiş, bunun üçün ardıcıl, məqsədyönlü fəaliyyət aparmışdır.
Eyni zamanda qurultayda Azərbaycanda birinci xanım anlayışını yaradan, bu adı yüksək intellekt, mədəniyyət, xeyriyyəçilik, xeyirxahlıq missiyasına çevirən Mehriban xanım Əliyevanı Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi münasibəti ilə təbrik edirəm. Eyni zamanda, digər Sədr müavinlərini də bu məsuliyyətli posta təyin olunmalarını dəstəkləyir və onlara işlərində uğurlar arzulayıram. Əminəm ki, möhtərəm Prezidentimizin və Sədrimizin parlaq qələbəsi Azərbaycanın yeni bir yüksəliş mərhələsinin başlanğıcı olacaqdır.
RƏFİQƏ KAMALQIZI