PDF Oxu

Siyasət

  • 12

“Qurtuluşdan İpək Yoluna“ adlı ağacəkmə kampaniyasına start verildi

“Qurtuluşdan İpək Yoluna“ adlı ağacəkmə kampaniyasına start verildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən 15 İyun "Milli Qurtuluş Günü"nün 20 illiyinə həsr edilmiş "Qurtuluşdan İpək Yoluna" adlı ağacəkmə kampaniyasına start verilib. SİA-nın məlumatına görə, "Qurtuluşdan İpək yoluna" şüarı altında keçirilən ağacəkmə kampaniyası İpək Yolu üzərində yerləşən 11 rayon və şəhəri əhatə edir.

Aksiyada Bakıdan Qazaxa doğru İpək Yolu üzərində yerləşən rayonlarda yaşıl ağaclar əkiləcək. Həyata keçirilən bu layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Ümummilli lider Heydər Əliyev siyasətinin, həm də bu siyasi kursu uğurla davam etdirən prezident İlham Əliyevin uğurlarının İpək Yolu boyunca gözəlləşən Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır.

YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən ağacəkmə kampaniyası həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına dəstə kimi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda aksiya iştirakçıları Bakıdan-Hacıqabul rayonuna yola düşüblər.

sia.az

Digər xəbərlər