"Veteranlarla bağlı keçirilən bu avtoyürüş rusiyalı gənclərin Azərbaycan ilə yaxından tanış olmasına və bölgədə gedən inkişaf prosesini izləməyə imkan verib".
Bu sözləri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim ümumi qələbəmiz" adlı layihə çərçivəsində keçirilən Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün iştirakçısı Mirnatiq Cəfərov deyib.
Bildirib ki, artıq üçüncü dəfədir "Bizim ümumi qələbəmiz" layihəsi çərçivəsində "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüş təşkil olunur. Bundan əvvəl keçirilmiş avtoyürüşlərdə də iştirak etmişəm.
Avtoyürüşün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran M.Cəfərov Azərbaycanda hərarətlə qarşılandıqlarını bildirib. Qeyd edib ki, Quba və Qəbələdə olduq. Burada veteranlarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirdik. Həmçinin gənclər təşkilatlarının üzvləri və fəallarla görüşlərimiz oldu. Azərbaycanda keçirdiyimiz günlər çox mənalı və yadda qalan olacaq.
sia.az