PDF Oxu

Siyasət

  • 14

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəmişdir

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəmişdir

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq "Pravo" nəşrinə müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəmişdir.

(http://www.novinky.cz/zahranicni/evropa/304271-schwarzenberg-za-vyrok-o-masakru-jsem-se-uz-omluvil.html).

O, etiraf etmişdir ki, düzgün məlumatlandırılmadığı üçün bu faciəni "şüurlu surətdə planlaşdırılmış qətl" adlandırmışdır.

Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan K.Şvartsenberq demişdir: "Onunla çoxdan tanışıq. Dediklərimlə bağlı ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün Yerevanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda demişəm ki, Çexiya şübhəsiz insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir. Müharibə dövründə, Dağlıq Qarabağda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını təmsil edirdim. Yerevan-Bakı- Stepanakert (Xankəndi) arasında uçurdum, bu dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600-dən çox idi, bu isə ayrı bir şeydir. Birinci və ikinci dünya müharibələri ilə müqayisədə həlak olmuş əsgərlərin sayı xeyli az olmuşdur və bu dinc sakinlərin zərərinə çevrilmişdir, xüsusilə söhbət vətəndaş müharibəsindən gedirsə. Düşünürdüm ki, hər hansı bir atəşə tutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu baş verir. Amma onların sayının 600-dən çox olduğunu biləndə, hiss etdim ki, məsələ tamamilə başqa cürdür, bu, düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o, məni başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu mənim səhvim idi, boynuma alıram".

Şvartsenberq bildirmişdir ki, Azərbaycanın xarici işlər naziri onun üzrxahlığını qəbul etmişdir.

AzərTAc

Digər xəbərlər