PDF Oxu

Siyasət

  • 11

Ankarada TürkPA-nın IV plenar sessiyası keçirilir

Ankarada TürkPA-nın IV plenar sessiyası keçirilir

İyunun 11-də Ankarada Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) IV plenar sessiyası öz işinə başlamışdır.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, plenar sessiya İstanbul Sazişinin imzalanmasının və TÜRKPA-nın yaranmasının 5-ci ildönümünə həsr olunmuşdur.

Sessiyada üzv ölkələrin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TürkPA-nın son 5 illik fəaliyyətinə həsr olunmuş videotəqdimatı olacaq, həmçinin beynəlxalq əlaqələr, iqtisadiyyat, ticarət və maliyyə məsələləri, sosial, mədəniyyət və humanitar məsələlər, hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının dinlənilməsi və təsdiqi də nəzərdə tutulmuşdur. Bundan əlavə, plenar sessiyada TürkPA-nın yeni baş katibi və baş katibin müavinləri seçiləcəkdir.

Plenar sessiyada katibliyin 2014-cü il üçün büdcə layihəsi təsdiq ediləcək, TürkPA-nın IV plenar sessiyanın yekun sənədi olan Ankara Deklarasiyası qəbul olunacaqdır.

AzərTAc

Digər xəbərlər