PDF Oxu

Siyasət

  • 8

Milli Məclisdə uşaqlarla bağlı beynəlxalq konfrans keçirilir

Milli Məclisdə uşaqlarla bağlı beynəlxalq konfrans keçirilir

İyunun 11-də Bakıda Milli Məclisin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə "Uşaqların rifahı – cəmiyyətin rifahının göstəricisidir" mövzusunda konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbir Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrinin müavini, AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü Sevinc Fətəliyeva çıxış etmişlər. Çıxışlarda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətimizin uşaqlara göstərdiyi qayğı barədə iştirakçılara ətraflı məlumat verilmiş, qarşıdan duran vəzifələrdən danışılmışdır.

Konfrans çərçivəsində AŞPA-nın xüsusi Alt komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün səmərəli tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, onlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçirilmişdir.

Tədbirin yekununda "Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası" kitabının təqdimatı olacaqdır.

AzərTAc

Digər xəbərlər