PDF Oxu

Siyasət

  • 14

Sahib Ələkbərov: Azərbaycanda daşınmaz əmlak sahiblərinin vergiyə cəlb edilməsi gündəmdə deyil

Sahib Ələkbərov: Azərbaycanda daşınmaz əmlak sahiblərinin vergiyə cəlb edilməsi gündəmdə deyil

"Azərbaycanda daşınmaz əmlak sahiblərinin vergiyə cəlb edilməsi gündəmdə deyil. Bu sahədə ölkədə vergi daxilolmaları çox azdır. Amma elə ölkələr var ki, bu sahədə vergi daxilolmaları 40-50 faizə çatır". Bu fikirləri vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, Azərbaycanda daşınmaz əmlak bazarı indi-indi formalaşıb. Ona görə bu məsələdə tələskənliyə yol vermək olmaz.

"Bəzi MDB ölkələri bunu etməsinə baxmayaraq, heç bir şeyə nail ola bilməyiblər. Qazaxıstan, Rusiya və digər ölkələri buna misal gətirmək olar. Bu məsələ yaxın bir neçə ilin deyil, bir qədər zaman tələb edəcək. Ölkədə əmlak sahibkarlığı formalaşandan sonra bunu etmək mümkün olacaq. İtaliya, İngiltərə və digər bir sıra ölkələr bu sahədə ciddi nailiyyətlər əldə ediblər. Ona görə lazımdır ki, ölkədə əmlak münasibətləri tam oturuşsun və bundan sonra əmlak sahiblərinin vergiyə cəlb edilməsi o qədər də çətin olmayacaq".

yap.org.az

Digər xəbərlər