Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri uğurlu olmuşdur. Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxın gələcəkdə baş tutacaqdır.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə müsahibəsində demişdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun ABŞ-ın dövlət katibi Con Kerri ilə məhsuldar görüş keçirdiyini bildirən R.Morninqstar dövlət katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etmək istədiyini vurğulamışdır.
yap.org.az