"Etibarlı tərəfdaş olan Azərbaycan xarici bazarlara enerji təchizatının yollarının diversifikasiyasına xüsusi diqqət yetirir". Bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov deyib.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyasının xüsusi rolunu qeyd edən E.Nəsirov təbii qaz ixracının rolunun artdığını da vurğulayıb. Onun sözlərinə görə, ölkəmiz üçün neft və qazın nəql olunmasında Avropa istiqaməti xüsusi əhəmiyyət kəsb edir.
"Lakin Azərbaycanın seçdiyi marşrut hər bir təklifin kommersiya komponentinindən asılıdır" - deyə, ARDNŞ-ın vitse-prezidenti vurğulayıb
yap.org.az