PDF Oxu

Siyasət

  • 11

Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa”da ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açılmışdır

Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa”da ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açılmışdır

Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin titanik fəaliyyətindən və misilsiz xidmətlərindən danışmışlar.

Natiqlər müstəqilliyimizin ilk illərini xatırlayaraq demişlər ki, 1993-cü ildə ölkənin uçurum kənarında olduğu, vətəndaş müharibəsinə, xaos və anarxiya girdabına sürükləndiyi olduqca mürəkkəb bir dövrdə xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskar missiyasını öz üzərini götürmüş, ölkəni böyük bəlalardan qurtarmışdır. Xilasımızın başlanğıcı olan bu hadisə ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Hər il iyunun 15-də Ümummilli Liderin Vətən və xalq qarşısındakı bu misilsiz xidmətləri bir daha xatırlanır və yüksək dəyərləndirilir.

"Dəyirmi masa"da vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi daim iqtisadi-sosial tərəqqi, həyatın bütün sahələrinin yüksələn xətlə inkişafı, milli mənlik şüurunun oyanışı, azərbaycançılıq ideologiyasının qəlblərə hakim kəsilməsi ilə müşayiət olunmuşdur. Qeyd edilmişdir ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş daxili və xarici siyasət kursunu, inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev qətiyyətlə davam etdirir. Azərbaycan və onun bir parçası olan Tovuz rayonu tərəqqi yollarında sabaha doğru inamla irəliləyir.

AzərTAc

Digər xəbərlər