Belarus Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasının tərəfdarıdır. Bu barədə Bakıda jurnalistlərə açıqlamasında Belarus XİN-in rəhbəri Vladimir Makey bildirib: " Biz ATƏT-in Minsk qrupu çərçivəsində qarşılıqlı məqbul siyasi həll yolunun tapılmasını istəyirik. Biz hazırda üçüncü ölkələrin iştirakı ilə aparılan bütün məsləhətləşmələri dəstəkləyirik. Lakin biz prinsipial olaraq münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq".
yap.org.az