Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib ki, ölkəsinin keçmiş sovet ölkələri ilə inteqrasiyanın prinsipləri hazırlanıb, hər bir ölkə üzrə istiqamətlər müəyyənləşdirilib: "Azərbaycan ilə də hər şey heç də asan başlamadı. Sizin oxucularınız, şübhəsiz, bu barədə bilirlər. Bəziləri öz təcrübəsindən, digərləri isə məqalələrdən bilirlər. Lakin ən əsası odur ki, Heydər Əliyev və Vladimir Putin sayəsində Rusiya-Azərbaycan münasibətləri tarixin sınağından çıxan prinsiplər əsasında qurulub". Bunu Rusiya Günü ərəfəsində Trend-ə eksklüziv müsahibəsində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib.
Səfir hesab edir ki, bu, şübhəsiz, bir-birinin suverenlyinə və müstəqilliyinə hörmətdir: "Rusiya Azərbaycana dostcasına və simpatiya ilə yanaşır".
O bildirib ki, lakin bizim münasibətlərimiz praqmatik əsasa söykənir. Bu, qarşılıqlı anlayış və hörməti qorumaqla ölkələrimizə istər Qəbələ RLS, Bakı-Novorossiysk neft kəməri, istərsə də digər məsələlərdə öz milli maraqlarına uyğun olaraq, qətiyyətlə fəaliyyət göstərmək imkanı yaradır.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, diplomat deyib ki, hamıya məlum olan prinsiplər əsasında həll yolu axtarmaq üçün münaqişəyə cəlb edilmiş tərəflərin, həmçinin vasitəçilərin səylərini iki dəfə və hətta üç dəfə artırmaq lazımdır.
Səfir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya buna hazırdır.
yap.org.az