İyunun 11-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum işə başlamışdır.
Tədbirdə xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışılmışdır.
Çıxış edənlər Azərbaycan-Belarus diplomatik münasibətlərinin daha da dərinləşməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
Forumda Azərbaycan-Belarus əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş şəxslərin mükafatlandırılması və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilmişdir.
yap.org.az