PDF Oxu

Siyasət

  • 9

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycandan Yaponiyaya velosipedlə səfərə çıxan səyyah Astanada olmuşdur

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycandan Yaponiyaya velosipedlə səfərə çıxan səyyah Astanada olmuşdur

Azərbaycandan Yaponiyaya velosipedlə yola çıxan səyyah Ramil Ziyadov Qazaxıstanın paytaxtı Astanaya çatmışdır.

Səyyah burada Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov və səfirliyin əməkdaşları ilə görüşmüşdür.

Səfir səyyahı salamlamış, səfərin uğurla başa çatmasını arzulamışdır.

Ramil Ziyadov bundan əvvəl Özbəkistanda və Qırğızıstanda olduğunu söyləmişdir. Bildirmişdir ki, bu səfər ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Diqqətə çatdırmışdır ki, keçdiyi şəhər, qəsəbə və kəndlərdə sakinlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti haqqında məlumat verir və götürdüyü elektron materialları, kitabları yayır.

Sonra səfirliyin əməkdaşları səyyaha ulu öndər Heydər Əliyev, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçılarının Azərbaycan torpaqlarına təcavüzü və digər mövzularda ingilis və rus dillərində kitablar, elektron materiallar təqdim etmişlər. Ramil Ziyadov buradan Rusiyaya istiqamət götürmüşdür.

AzərTAc

Digər xəbərlər