İyunun 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Mohammad Şaker Karqar ilə görüşmüşdür.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Əfqanıstan-Azərbaycan əməkdaşlığının əsasları və ölkələrimizin yerləşdikləri bölgələrdəki mövcud hərbi-siyasi vəziyyət müzakirə edilmişdir.
AzərTAc