PDF Oxu

Siyasət

  • 9

İyunun sonunda sahibkarlar sevinəcək

İyunun sonunda sahibkarlar sevinəcək

"Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanun iyunun sonuna kimi qəbul ediləcək. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən "Vergi tərəfdaşlığı" üzrə konfransda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, həmçinin bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır: "Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil. Qanun layihəsi ölkədə biznes mühitinin yaxşılaşdırılmasını, sahibkarların işi üçün ən yaxşı şəraitin yaradılmasını nəzərdə tutur".

sia.az

Digər xəbərlər