15 iyun - Milli Qurtuluş Günü münasibətilə Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir.
AzərTAc xəbər verir ki, tədbirlər planına uyğun olaraq, Ağstafadakı Gənclər Mərkəzində "Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə 1993-cü ilin 15 iyun hadisələri bir daha yada salınmış, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edilməsində şəxsi fədakarlığı və müdrikliyi diqqətə çatdırmışdır.
Tədbir iştirakçıları bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfədir. O, elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur.
Qeyd olunmuşdur ki, Ümummilli Liderin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin gəncləri hər cür qayğı ilə əhatə olunurlar.
AzərTAc