UNESCO-nun 1987-1999-cu illərdə baş direktoru olmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü Federiko Mayor Zaraqoza iyulda Azərbaycana səfər edəcəkdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət planının müəyyənləşdirilməsi, eləcə də dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə fəaliyyət göstərəcək Qlobal Liderlər Şurasının təsisinin elan edilməsidir.
Səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdikləri Cənubi Qafqaz Forumunun növbəti fəaliyyət planının müəyyənləşdirilməsi də nəzərdə tutulmuşdur.
AzərTAc