PDF Oxu

Siyasət

  • 21

Azərbaycan Beynəlxalq “Xəzər şelfinin inkişafı-2013” konfransında və sərgidə təmsil olunacaqdır

Azərbaycan Beynəlxalq “Xəzər şelfinin inkişafı-2013” konfransında və sərgidə təmsil olunacaqdır

İyunun 19-dan 20-dək Qazaxıstanda "The Energy Exchange" VƏ "Kazenergy" şirkətlərinin təşkilati dəstəyi ilə üçüncü illik "Xəzər şelfinin inkişafı" konfransı və sərgisi keçiriləcəkdir.

Xəzərdə ekoloji monitorinq, Xəzər dənizi şelfİndəki neft-qaz yataqlarının işlənməsi layihələrində operatorlar tərəfindən tətbiq edilən texniki innnovasiyalar və ən müasir texnologiyalar builki konfransın əsas mövzuları olacaqdır.

Tədbir iştirakçıları konfransla eyni vaxtda təşkil edilən sərgidə bu regionda həyata keçirilən "Şahdəniz", "Kaşaqan", "Jambay", "Blok N", "Jemçujina", "Mestorojdeniye Filanovskoqo", "Çeleken", "Yujnıy İolotan" və başqa məşhur layihələrin vəziyyəti barədə məlumat əldə edə biləcəklər. İştirakçılar həm də Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda normativ dəyişikliklər haqqında ətraflı məlumat alacaqlar.

Beynəlxalq sərgi-konfransda dünyanın 14 ölkəsindən olan mütəxəssislər iştirak edəcəklər.

yap.org.az

Digər xəbərlər