PDF Oxu

Siyasət

  • 18

Kaliforniyalı konqresmen ABŞ-dakı Azərbaycan icmasını Respublika Günü münasibətilə təbrik etmişdir

Kaliforniyalı konqresmen ABŞ-dakı Azərbaycan icmasını Respublika Günü münasibətilə təbrik etmişdir

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü Henri Vaksman Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95-ci ildönümü münasibətilə Birləşmiş Ştatlardakı Azərbaycan icmasını təbrik etmişdir.

Təbrik məktubunda AXC-nin hamıya səsvermə hüququ verən və vətəndaş hüquqlarını tanıyan demokratik idarəçiliyə malik ilk dövlətlərdən olduğu, bolşevik işğalı nəticəsində süqutuna baxmayaraq, bu prinsiplərin Azərbaycan xalqı tərəfindən qorunub saxlanıldığı qeyd olunur.

Konqresmen H.Vaksman diqqəti ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətinə cəlb edərək regionda sabitliyin və tərəqqinin təşviqi istiqamətində Azərbaycan ilə əməkdaşlıq səylərini dəstəkləməkdə davam edəcəyini bildirir.

AzərTAc

Digər xəbərlər