PDF Oxu

Siyasət

  • 28

YAP Sabunçu rayon təşkilatında 15 iyun Qurtuluş Günü qeyd olunub

YAP Sabunçu rayon təşkilatında 15 iyun Qurtuluş Günü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında, təşkilat rayon İcra Hakimiyyəti Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Nefqazmaş Açıq Səhmdar Cəmiyyətinin direktoru Vahid Hacıyev və digər rəsmi nümayəndələr iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları çıxış edərək qeyd ediblər ki, Qurtuluş Günü kimi qeyd olunan 15 iyun 1993-cü il tarixi - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi, Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Beləliklə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan "Milli Qurtuluş Günü" Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Qeyd edək ki, tədbirin sonunda Ulu öndər Heydər Əliyevə həsr olunmuş kinofilm nümayiş olunacaq.

sia.az

Digər xəbərlər