"Hazırda ermənilərin nəzarəti altında olan Xocavənd rayonu ilə Fransanın Le-Pen-Merabo şəhərləri arasında qardaşlaşma haqqında bəyannamənin imzalanması heç bir hüquqi statusa malik deyil". Bu fikri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Fransa hökuməti və bu dövlətin icraedici, eləcə də qanunverici hakimiyyət orqanları beynəlxalq hüquq normalarını pozmamalıdır.
"Onlar bilməlidir ki, söhbət Azərbaycan Respublikasının ərazilərindən gedərkən separatçı şəxslərin hər hansı protokol imzalaması qanunsuz əməldir. Həmçinin, belə bir hərəkət erməni tərəfinin növbəti təxribatından başqa bir şey deyil"- deyə, B.Səfərov qeyd edib.
yap.org.az