Bu ilin beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə iri əlavə dəyər vergisi (ƏDV) ödəyicilərində qanunvericiliyin pozulması tendensiyası azalıb. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.
N.Əmirov qeyd edib ki, daha sadələşdirilmiş qaydada vergi ödəyən xırda vergi ödəyicilərində isə bu baxımdan vəziyyət müəyyən qədər fərqlidir. Onun sözlərinə görə, bunu nəzərə alaraq müvafiq proqramlar hazırlanıb.
Nazir müavini proqramda məlumatlandırma tədbirlərinin, treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
"Hesab edirik ki, bu proqramlar bu sahədə tendensiyanın azalmağa doğru inkişafına kömək edəcək"- deyə, N.Əmirov vurğulayıb.
yap.org.az