PDF Oxu

Siyasət

  • 24

Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcəkdir

Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcəkdir

Azərbaycanın Aktaudakı baş konsulluğundan verilən məlumata görə, iyunun 19-da Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcəkdir.

Biznes forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin və Qazaxıstanın iqtisadiyyat və büccə planlaşdırılması naziri Erbolat Dosayevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də qatılacaqlar.

Forumda ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi, Azərbaycan ilə Məngistay vilayəti arasında əməkdaşlığın inkişafı, Aktau limanındakı azad iqtisadi zonada həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihələrdə Azərbaycanın iştirakı və digər məsələlər müzakirə ediləcəkdir.

Biznes forum çərçivəsində Şahin Mustafayevin Erbolat Dosayev ilə görüşü, həmçinin Azərbaycan və Qazaxıstanın biznes strukturları nümayəndələrinin ayrılıqda danışıqları da nəzərdə tutulmuşdur.

Bu, 2013-cü ildə Azərbaycan və Qazaxıstan sahibkarları arasında sayca üçüncü işgüzar görüşdür. Bundan əvvəlki iki görüş Bakıda keçirilmişdir.

yap.org.az

Digər xəbərlər