Ölkənin qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təklifləri nəzərə alaraq, Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının IV qurultayında çıxışı zamanı bildirib:
"Ülviyyət Mehriban xanım Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban xanım Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban xanım Əliyeva Azərbaycan qadınları tərəfindən "Ülviyyət" ictimai mükafatına layiq görülür və ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq".
Bu gün Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir.
yap.org.az