PDF Oxu

Siyasət

  • 47

Qəbələdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

Qəbələdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

Qəbələ rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən "dəyirmi masa"da 20 il bundan əvvəl respublikamızda AXCP-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik ətraflı təhlil edilmiş, ölkədə anarxiya və özbaşınalığın baş verdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışılmışdır.

Çıxışlarda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas edilmiş, siyasi sabitlik və inkişafa nail olunmuşdur.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.

AzərTAc

Digər xəbərlər