PDF Oxu

Siyasət

  • 21

“N” saylı hərbi hissədə 15 iyun – Milli Qurtuluş Günü qeyd olunmuşdur

“N” saylı hərbi hissədə 15 iyun – Milli Qurtuluş Günü qeyd olunmuşdur

İyunun 14-də Daxili Qoşunların Nərimanov rayonundakı "N" saylı hərbi hissəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, 15 iyun Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə siyasi hakimiyyət boşluğunu, xalqımızın üzləşdiyi problemləri xatırladan natiqlər qeyd etmişlər ki, o zaman hakimiyyətin səriştəsizliyi, savadsızlığı nəticəsində ölkəmiz dərin böhrana düçar olmuş və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır dövründə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının bəlalardan qurtarmaq üçün yenidən hakimiyyətə qayıtmışdır. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Beləliklə, 15 iyun bizim Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

AzərTAc

Digər xəbərlər