PDF Oxu

Siyasət

  • 14

YAP-ın Sədr müavini Əli Əhmədov Cənubi Koreyanın ölkəmizdəki səfiri Ço Suk İni qəbul etmişdir

YAP-ın Sədr müavini Əli Əhmədov Cənubi Koreyanın ölkəmizdəki səfiri Ço Suk İni qəbul etmişdir

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Cənubi Koreyanın ölkəmizdəki səfiri Ço Suk İni partiyanın mənzil qərargahında qəbul etmişdir.

Görüşdə Cənubi Koreya ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmış, bu ölkənin hakim Saenuri Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

Görüşdə YAP –ın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev iştirak edirdi.

yap.org.az

Digər xəbərlər