Meksikada Azərbaycana önəmli nümunəvi ölkə kimi böyük maraq vardır. Bir sıra oxşar cəhətləri olan hər iki ölkədə bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur.
Bu sözləri AzərTAc-a Bakıda səfərdə olan Meksika Senatının enerji komitəsinin sədri senator David Pençina Qrub söyləmişdir.
D.P. Qrub demişdir: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Bu gün Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuşdur. Eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Meksika enerji islahatları həyata keçirmək istəyir və bu sahədə Azərbaycanın təcrübəsinə ehtiyac vardır. İnanırıq ki, qarşılıqlı səfərlərimiz və apardığımız danışıqlar bu baxımdan çox faydalı olacaqdır".
AzərTAc