İyunun 18-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) IV qurultayı öz işinə başlamışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxumuşdur.
İdarəetmə orqanlarının yaradılması, o cümlədən qurultayın rəyasət heyətinin, mandat komissiyasının, redaksiya heyətinin seçilməsi ilə əlaqədar ASK-nın baş katibi Məmmədəli Əfəndiyev təşkilat komitəsinin təklifini vermiş, qurultayın gündəliyi təsdiq olunmuşdur.
Qurultayda ASK-nın son 4 ildəki fəaliyyəti, həyata keçirilən tədbirlər, nəzarət-təftiş komissiyasının hesabatı, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi, qurumun prezidenti və vitse-prezidentlərinin, nəzarət-təftiş komissiyası sədrinin seçilməsi, "Biznes Həyatı" jurnalının nəşri və s. məsələlər müzakirə olunacaqdır.
AzərTAc