PDF Oxu

Siyasət

  • 24

Sevda Məmmədəliyeva: Azərbaycanda əsrlər boyu mədəni müxtəlifliyə xüsusi əhəmiyyət verilir

Sevda Məmmədəliyeva: Azərbaycanda əsrlər boyu mədəni müxtəlifliyə xüsusi əhəmiyyət verilir

"Çoxmillətli bir ölkə olan Azərbaycanda əsrlər boyu mədəni müxtəlifliyə xüsusi əhəmiyyət verilir". Bu fikri Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

S.Məmmədəliyeva bildirib ki, Azərbaycan əsrlər boyu çoxmillətli bir ölkədir və burada mədəni müxtəliflik məsələsinə böyük əhəmiyyət verilir. Onun sözlərinə görə, dövlət rəhbərliyi də həmişə bu amili diqqət mərkəzində saxlayır.

"Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə malikdir. Bu zəngin mədəniyyət dünyada geniş təbliğ olunur"- deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər