PDF Oxu

Siyasət

  • 24

Əli Həsənov: Azərbaycan dövləti qoşulduğu konvensiyalara hörmətlə yanaşır

Əli Həsənov: Azərbaycan dövləti qoşulduğu konvensiyalara hörmətlə yanaşır

"Azərbaycanda bir milyon insanın hüquqları 20 ildir ki, tapdalanır. 20 faiz torpağımız Ermənistanın işğalı altındadır və dünyanın mötəbər qurumları da bu məsələdə qərarlar qəbul ediblər. Çox təəssüflər olsun ki, qəbul olunmuş qərarlar icra olunmur. O zaman hansı insan hüquqlarının qorunmasından söhbət gedə bilər?". Bu fikirləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insanlar hüquqlarının pozulması haqda irad tuturlar. Onun sözlərinə görə, bu müstəvidə məsələyə çox maraqlı yanaşma var.

"Uzun müddətdir Azərbaycanda olan bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə məşğulam. Həmin o insan hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar yaxşı olardı ki, özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər və o zaman biz dərsləri qəbul edərik. Azərbaycan dövləti qoşulduğu konvensiyalara hörmətlə yanaşır, onları icra edir. Amma təəssüf ki, bizdən fərqli olaraq onları icra etməyənlərə münasibət dəyişmir"- deyə, Baş nazirin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər