"Azərbaycanda insan hüquqları sahəsində 3 strateji sənəd həyata keçirilməkdədir. Bizim məqsədimiz Azərbaycanın təcrübəsini tanıtdıraraq beynəlxalq hüququn ölkəmizdə tətbiq olunması səviyyəsini daha da təkmilləşdirməyə nail olmaqdır". Bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib.
E.Süleymanova bildirib ki, biz Azərbaycan təcrübəsini dünyaya hərtərəfli tanıtmaq əzmindəyik.
"Yalnız bir əsr ərzində dünyada əhalinin sayı 1 milyarddan 7 milyarda çatıb. Azərbaycanda əhalinin sayı 9 milyon yarıma yaxındır. Lakin Azərbaycan 25 ildən artıqdır ki, erməni təcavüzünə məruz qalmasına baxmayaraq, ölkəmiz silsilə təbii fəlakətlərin nəticələrini dəf etməklə dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Bu da ölkədə aparılan qabaqcıl siyasətin nəticəsidir"- deyə, Ombudsman qeyd edib.
yap.org.az