Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi "Xəzər və Mərkəzi Asiya Regionlarında Müasir Təhlükəsizlik və Əməkdaşlıq Problemləri" konfransında iştirak edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, 20 iyun 2013-cü il tarixində Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və "Friedrich Ebert Stiftung" Fondunun Mərkəzi Asiya üzrə regional ofisinin birgə təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya Regionlarında Müasir Təhlükəsizlik və Əməkdaşlıq Problemləri" XI İllik Almatı Konfransı keçiriləcək.
SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edəcək.
sia.az