PDF Oxu

Siyasət

  • 11

Bakıda Ombudsmanların XI Beynəlxalq konfransı öz işini davam etdirir

Bakıda Ombudsmanların XI Beynəlxalq konfransı öz işini davam etdirir

İyunun 19-da Bakıda Ombudsmanların XI Beynəlxalq konfransı öz işini davam etdirmişdir.

Konfransın ikinci günündə "BMT-nin cari və gələcək prioritetləri çərçivəsində strateji planlaşdırma və davamlı inkişaf proqramları" və "Bərabər hüquqların təmini üçün bərabər imkanlar: gender və yaşlılıqla bağlı məsələlərdə ayrı-seçkiliyin qarşısının alınması" mövzularında sessiyalar keçirilmişdir.

Sessiyalarda "Davamlı inkişaf sahəsində strateji araşdırmaların əhəmiyyəti və rolu", "Mədəni hüquqlar insan hüquqlarının tərkib hissəsi kimi", "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqlarının rolu və əhəmiyyəti", "İnsan hüquqlarına ayrı-seçkilik olmadan yanaşma", "Minilliyin inkişaf prinsipləri və gender bərabərliyi" və digər mövzularda məruzələr dinlənilmişdir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər