"Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib". Bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O.Şirəliyev bildirib ki, maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Onun sözlərinə görə, səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır.
"Bu gün həmin proqramların icrası nəticəsində ölkədə 27 Hemodializ mərkəzi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Talassemiya" mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş Diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Bu işlərin nəticəsidir ki, hər il əcnəbi ölkələrə müalicə üçün üz tutan vətəndaşların sayı azalır"- deyə, nazir vurğulayıb.
yap.org.az