İyunun 21-də Ukraynanın Odessa şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcəkdir.
İclasda qurumun üzvü olan dövlətlər arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT–Avropa İttifaqı əməkdaşlığı, təşkilatda müşahidəçi statuslarının uzadılması üçün müraciətlər, QDİƏT-in Layihə İnkişaf Fondunun və digər orqanlarının fəaliyyəti, iclasın gündəliyində duran başqa məsələlər müzakirə olunacaqdır.
yap.org.az